Çin Portuqaliya, Yunanıstan, Kipr və Sloveniya vətəndaşları üçün oktyabrın 15-dən vizasız rejim tətbiq edəcək

16:07, 30.09.2024

 
Çin Portuqaliya, Yunanıstan, Kipr və Sloveniya vətəndaşları üçün oktyabrın 15-dən vizasız rejim tətbiq edəcək. Bu haqda Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Dzian mətbuat brifinqində açıqlayıb.

Xüsusilə, dörd Avropa ölkəsinin vətəndaşları Çinə iş, turizm, qohumları ziyarət və tranzit məqsədilə 15 gün müddətinə vizasız səyahət edə biləcəklər.

Vizasız rejim oktyabrın 15-dən 2025-ci ilin dekabrın 31-dək qüvvədə olacaq.

Çin həmçinin müvafiq ölkələri Çin vətəndaşları üçün də viza rejimini sadələşdirməyə çağırır.

Oxşar