Çin mediası - koronavirusa yoluxan qadın dünyaya sağlam uşaq gətirdi
Çin mediası - koronavirusa yoluxan qadın dünyaya sağlam uşaq gətirdi

Çin mediasının məlumatına görə, koronavirusa yoluxan qadın dünyaya sağlam uşaq gətirdi. Bu barədə məlumatı “Sinxua” agentliyi yayır.

Qadında koronavirusu hamiləliyinin 38-ci həftəsində müəyyənləşdirdilər. Virusa yoluxmuş qadın uşağı dünyaya Herbin vilayətinin klinikasında gətirdi. Həkimlərin qərarı ilə ona qeysəriyyə əməliyyatı edildi. Dünyaya gələn uşaqda koronavirus aşkar edilmədi.

Qadının sağlamlıq durumu sabitdir. Körpə də, anası da bu mərhələdə karantindədirlər.