Çin Kanadanın kənd təsərrüfatı və ərzaq məhsullarına rüsumlar tətbiq edir
Çin Kanadanın 2,6 milyard dollarlıq kənd təsərrüfatı və ərzaq məhsullarına rüsumlar tətbiq edir.
Çinin qərarı hələ oktyabr ayında Çinə tariflər tətbiq edən Kanadaya qarşı cavab tədbiridir. Kanada Çin istehsalı olan elektrik avtomobilləri, polad və alüminium məhsullarına 100 və 25 faiz idxal rüsumları tətbiq edib.
Çinin tarifləri martın 20-dən qüvvəyə minəcək.
“Kanadanın tədbirləri Ümumdünya Ticarət Təşkilatının qaydalarını ciddi şəkildə pozur, tipik proteksionizm aktı və Çinin qanuni hüquq və maraqlarına ciddi zərər verən ayrı-seçkilik tədbirləri təşkil edir”. – Ticarət Nazirliyinin açıqlamasında deyilir.
Çin Kanadanın ikinci ən böyük ticarət tərəfdaşıdır. Kanada 2024-cü ildə Çinə 47 milyard dollarlıq mal ixrac edib.