Çin İranın Milli Təhlükəsizlik Şurasının rəhbəri Əli Laricaninin qətlini qınayıb
Çin İranın Milli Təhlükəsizlik Şurasının rəhbəri Əli Laricaninin qətlini qınayıb

Çin İranın Milli Təhlükəsizlik Şurasının rəhbəri Əli Laricaninin qətlini qınayıb və bunu qəbuledilməz adlandırıb.

Çin Xarici İşlər Nazirliyinin mətbuat katibi Lin Cyan bildirib ki, Pekin İranın dövlət liderlərinə və dinc vətəndaşlara edilən hücumları qınayıb.

“Çin bu açıqlamadan şok içindədir. Biz həmişə beynəlxalq münasibətlərdə güc tətbiqinə qarşı olmuşuq. İran liderlərinin qətli və dinc əhaliyə hücumlar tamamilə qəbuledilməzdir. Hazırda Yaxın Şərqdə konflikt şiddətlənir, gərginliyin artması və yayılması müşahidə olunur. Dərhal atəşkəs beynəlxalq ictimaiyyətin ümumi məqsədidir. Çin tərəfləri hərbi əməliyyatları dərhal dayandırmağa və regionda vəziyyətin nəzarətdən çıxmasına imkan verməməyə çağırır,” — Lin Cyan bildirib