Çin Dövlət Şurasının Baş naziri İrakli Kobaxidzeni Çinin Beynəlxalq İdxal Sərgisinin açılış mərasiminə dəvət edib
Çin hökumətinin adından, sizi səmimi qəlbdən 8-ci Beynəlxalq Sərginin açılış mərasiminə dəvət edirəm və inanıram ki, bu müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığı əhəmiyyətli dərəcədə dərinləşdirəcək və zənginləşdirəcək – bu haqda Çin Xalq Respublikasının Dövlət Şurasının Baş naziri Li Tsian Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə göndərilən məktubda qeyd edir.
Sərgi noyabrın 5-də Şanxayda keçiriləcək.
“Cənab Baş nazir, bu mühüm tədbirdə sizinlə birlikdə iştirak etməyi səbirsizliklə gözləyirəm. Çin və Gürcüstan yaxşı dostlar və yaxşı tərəfdaşlardır. Biz bir-birimizə hörmət, etibar edirik və bizi qarşılıqlı faydalı əməkdaşlıq birləşdirir. Strateji tərəfdaşlığımız sabit artım tempini qoruyub saxlayır. “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində yüksək keyfiyyətli əməkdaşlıq artıq məhsuldar nəticələr verib. Çin hökumətinin adından, sizi səmimi qəlbdən 8-ci Beynəlxalq Sərginin açılış mərasiminə dəvət edirəm və inanıram ki, bu müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığı əhəmiyyətli dərəcədə dərinləşdirəcək və zənginləşdirəcək, xalqlarımıza daha çox fayda gətirmək baxımından daha praktik nəticələr gətirəcək” – Çin Xalq Respublikasının Dövlət Şurasının Baş nazirinin məktubunda qeyd olunub.