Çin Amerika Birləşmiş Ştatlarının Paris iqlim sazişindən çıxmasından narahatlığını ifadə edir – Heç bir ölkə iqlim dəyişikliyindən yayına bilməz

15:46, 21.01.2025

 
Çin Amerika Birləşmiş Ştatlarının Paris iqlim sazişindən çıxmasından narahatdır. Bu haqda Çinin Xarici İşlər Nazirliyinin mətbuat katibi Qou Dziakun bildirib.

O bildirib ki, Çin bütün tərəflərlə işləyəcək, iqlim dəyişikliyi çağırışlarına aktiv şəkildə cavab verəcək, ətraf mühitin mühafizəsi və karbon qazı emissiyalarının azaldılması prosesini birgə təşviq edəcək.

“Çin Amerika Birləşmiş Ştatlarının Paris sazişindən çıxması haqda bəyanatından narahatdır. İqlim dəyişikliyi bütün bəşəriyyət üçün ümumi çağırışdır. Heç bir ölkə ondan yayına bilməz və heç bir ölkə iqlim dəyişikliyi ilə bağlı immunitetə sahib deyil” – Qou Dziakun qeyd edib.

Oxşar