Çin ABŞ tərəfindən İran aviaşirkətlərinə tətbiq edilən sanksiyalara qarşı çıxır
Çin ABŞ tərəfindən İran aviaşirkətlərinə tətbiq edilən sanksiyalara qarşı çıxır.
Çinin Xarici İşlər Nazirliyinin mətbuat katibi Qui Dziakun mətbuat konfransında Çinin Quanjou və Şanxay hava limanlarına İran reyslərinə icazə verib-verməyəcəyi ilə bağlı suala cavab olaraq bildirib: “Çin beynəlxalq hüquqda heç bir əsası olmayan və BMT Təhlükəsizlik Şurasının mandatına sahib olmayan qanunsuz, birtərəfli sanksiyalara qarşıdır”.
Bundan əvvəl ABŞ-nin maliyyə naziri Skot Besent bəyan etmişdi ki, dünyada İran aviaşirkətlərinin uçuşlarının məhdudlaşdırılması gün məsələsidir.