Çin ABŞ Konqresinin bəzi üzvlərinə, hökumət nümayəndələrinə, eləcə də qeyri-hökumət təşkilatlarının rəhbərlərinə qarşı sanksiyalar tətbiq edib
Çin ABŞ Konqresinin bəzi üzvlərinə, hökumət nümayəndələrinə, eləcə də qeyri-hökumət təşkilatlarının rəhbərlərinə qarşı sanksiyalar tətbiq edib – bu barədə Çin Xarici İşlər Nazirliyində bildiriblər.
Çin Xarici İşlər Nazirliyinin mətbuat katibi Lin Dzianın bəyanatına əsasən, sanksiyalar Honq Konqla bağlı məsələlərdə kobud davranışa aiddir.
Çin, Honq Konqun liderlərinə qarşı sanksiya tətbiq etməklə ABŞ-ni ölkənin daxili işlərinə müdaxilədə günahlandırır. Pekində iddia edirlər ki, Vaşinqton beynəlxalq hüququn prinsiplərini və beynəlxalq münasibətlərin əsas normalarını ciddi şəkildə pozur.
“Xarici sanksiyalarla mübarizə ilə əlaqadar Çin Xalq Respublikası qanununun müvafiq müddəalarına uyğun olaraq, Çin Honq Konqla bağlı məsələlərdə pis davranan ABŞ-nin konqresmenlərinə, rəsmi şəxslərinə və qeyri-hökumət təşkilatlarının rəhbərlərinə qarşı sanksiya tətbiq etmək qərarını verib. Amerika tərəfinə demək istəyirik ki, Honq Konq Çinindir və Honq Konqla bağlı məsələlərə ABŞ-nin müdaxilə etməyə haqqı yoxdur. ABŞ tərəfindən Honq Konqla bağlı məsələdə istənilən səhv hərəkəti Çin tərəfi qəti və cavab reaksiyası ilə qarşılayacaq” – Lin Dzian bildirib.