Çin ABŞ-a cavab rüsumları tətbiq edir

11:22, 04.02.2025

 
Çin ABŞ tərəfindən tətbiq edilmiş rüsumlarla əlaqədar cavab rüsumları tətbiq edir. Bu haqda məlumatı “Reuters” yayır.

Medianın məlumatına əsasən, Trampın Çindən ABŞ-a idxal edilən bütün mallara tətbiq etdiyi əlavə 10% rüsum bu gündən qüvvəyə minib.

Çin hökuməti kömür və maye qaza 15%, eləcə də xam neft, kənd təsərrüfatı texnikası və müəyyən növ avtomobillərə 10% rüsum tətbiq edəcəyini bildirib.

“Reuters”in yazdığı kimi, Çinin tətbiq etdiyi rüsumlar fevralın 10-dan qüvvəyə minəcək.

Oxşar