Çin ABŞ-a cavab rüsumları tətbiq edir
Çin ABŞ-a cavab rüsumları tətbiq edir. Bu haqda Çin Dövlət Şurasının Tarif Komissiyasının bəyanatında qeyd olunub.
“Toyuq əti, buğda, qarğıdalı və pambığa 15%-lik rüsum tətbiq olunacaq. Sorqo, soya, donuz əti, mal əti, dəniz məhsulları, meyvə, tərəvəz və süd məhsullarına isə 10%-lik rüsum tətbiq olunacaq” – Çin Dövlət Şurasının Tarif Komissiyasının bəyanatında deyilir.
Xatırladaq ki, martın 4-dən ABŞ Çin mallarına tətbiq etdiyi 10%-lik rüsumları ikiqat artıracaq. Həmçinin, Kanada və Meksikaya 20%-lik rüsum tətbiq edilib.