Çin 420 min dollar dəyərində, koronavirusu aşkar edən sürətli testləri Gürcüstana təmmənasız verəcək
Çində Gürcüstan Səfirliyinin məlumatına görə, Çin Xalq Respublikasında Gürcüstan Səfirliyi və Siçuan vilayəti hökuməti arasında mövcud sıx əməkdaşlıq nəticəsində, Çin tərəfi qərar qəbul etdi ki, təxminən 420 min dollar dəyərində, koronavirusu aşkar edən 1000 (min) ədəd sürətli testləri Gürcüstana təmmənasız versin.
“Gürcüstan Səfirliyi Siçuan vilayəti hökumətinə dəstəyinə görə, təşəkkürünü bildirir. Qeyd olunan fakt Gürcüstan və Çin Xalq Respublikası arasında mövcud dostluq və partnyorluq əlaqələrini bir daha təsdiq edir”, – Çində Gürcüstan Səfirliyinin “feysbuk” səhifəsində deyilir.