Çin 2025-ci ildə müdafiə büdcəsini 7,2% artıracaq
Çin 2025-ci ildə müdafiə xərclərini 7,2% artıraraq 1,78 trilyon yuana (təxminən 231 milyard avro) çatdırmağı planlaşdırır. Bu barədə Çin Xalq Nümayəndələri Konqresinin açılışında hökumət nümayəndələri məlumat veriblər.
Məlumat üçün bildirək ki, ötən il Çin də hərbi xərclərini 7,2% artırıb.
ABŞ-dan sonra Çin dünyanın ən böyük müdafiə büdcəsinə sahibdir.
Reuters agentliyinin məlumatına görə, Çin lideri Si Tsinpin 2013-cü ildə vəzifəyə gəldikdən sonra ölkə ordusunda genişmiqyaslı modernləşdirmə işləri aparır.
Pekinin məqsədi 2049-cu ilə qədər “dünya səviyyəli ordu” yaratmaqdır. Çin hökuməti iddia edir ki, onun heç bir aqressiv niyyəti yoxdur və öz suverenliyinin qorunmasına sərmayə yatırır.