Çilidə miqyaslı meşə yanğınları nəticəsində, ən azından 23 nəfər öldü
Çilidə miqyaslı meşə yanğınları nəticəsində, ən azından 23 nəfər öldü. Çili hökumətinin məlumatına görə, mindən çox insan təxliyə edilib, 979 nəfər xəsarət alıb.
Hökumət ölkənin cənubundakı üç bölgədə – Araukaniya, Biobio və Nubledə fövqəladə vəziyyət elan edib. Qeyd olunan bölgələrdə kənd təsərrüfatı məhsullarını ixrac edən bir çox iri fermer təsərrüfatları, geniş meşə massivləri yerləşir
Hakimiyyətin cümə günü dərc etdiyi məlumatlara görə, yanğın nəticəsində 40 min hektar ərazi yanıb.
Daxili işlər naziri Karolina Tohanın bəyan etdiyi kimi, hava şəraiti yanğının söndürülməsinə mane olur və vəziyyət getdikcə pisləşir. Havanın temperaturu 40 dərəcəni keçir.
Fövqəladı hallar xidmətləri ölkə daxilində yüzlərlə yanğın ocağı ilə mübarizə aparır. İspaniya, ABŞ, Argentina, Ekvador, Braziliya və Venesuela təyyarələr və yanğınsöndürənlər də daxil olmaqla Çiliyə yardım təklif etdilər.