Çilidə meşə yanğını nəticəsində, ən azı 18 nəfər həlak olub, ölkədə fövqəladə vəziyyət elan edilib
Çilidə meşə yanğını nəticəsində, ən azı 18 nəfər həlak olub, ölkədə fövqəladə vəziyyət elan edilib

 

Çilidə meşə yanğını nəticəsində, ən azı 18 nəfər həlak olub, ölkədə fövqəladə vəziyyət elan edilib. Bu haqda “BBC” yazır.

Çili Prezidenti Qabriel Boric həlak olanların sayının artacağının gözlənildiyini bildirib.

Çilinin paytaxtı Santyaqodan təxminən 500 kilometr aralıda yerləşən Niuble və Biobio bölgələrindən 50 mindən çox insanın təxliyəsi elan edilib.

Meşə yanğını nəticəsində təxminən 250 ev yanıb. Hazırda hər iki bölgədə 8500 hektar ərazi yanıb.

Yanğınsöndürənlər bütün ölkə miqyasında 24 aktiv yanğınla mübarizə aparırlar. Yüksək temperatur və güclü külək yanğının söndürülməsini çətinləşdirir.