Çilənin paytaxtı Santyaqoda baş verən partlayışda ən azı üç nəfər həlak olub, təxminən on nəfər yaralanıb
Çilənin paytaxtı Santyaqoda baş verən partlayışda ən azı üç nəfər həlak olub, təxminən on nəfər yaralanıb

Çilənin paytaxtı Santyaqoda baş verən partlayış nəticəsində ən azı üç nəfər həlak olub, təxminən on nəfər yaralanıb. Bu barədə yerli radio məlumat yayıb.

Məlumata görə, partlayışa qaz daşıyan yük maşınının nasazlığı səbəb olub və bu, yanacaqdoldurma məntəqəsində yanğın yaradıb.

Partlayış nəticəsində yük maşınının yanı sıra, yanğın yeddi avtomobili də məhv edib.