Ciaturada 12-ci gündür mədənçilərin aksiyası keçirilir.
Aksiyanın iştirakçıları əmək haqqının ödənilməsini, “Georgian Manganese” şirkətinin Ciaturadan çıxmasını, müəssisənin idarəçiliyinin dövlət tərəfindən təhvil alınmasını, şirkətin mənfəətinin 5%-nin köçürüləcəyi və Ciaturanın inkişafı üçün istifadə olunacağı xüsusi fondun yaradılmasını tələb edirlər.
Aksiyanın iştirakçıları alternativ işlərinin olmadığını bildiriblər. Onlar deyiblər ki, bank borcları var və gəlirsiz qalıblar.
Mədənçilər tələbləri yerinə yetirilməyənə qədər aksiyaları dayandırmayacaqlarını bildirirlər.