Ciaturada mədənçilər aksiya keçirirlər
Ciaturada mədənçilər aksiya keçirirlər

 
Ciaturada mədənçilərin aksiyası keçirilir. Aksiya iştirakçıları “Georgian Manganese” şirkətinin maaşlarla bağlı verdiyi vədi yerinə yetirmədiyini deyirlər.

Mədənçilər bildirirlər ki, müəssisənin dayandırılmasından sonra maaşın 60%-i 3 ay ərzində köçürülürdü, fevral ayının əmək haqqını isə almayıblar. Aksiya iştirakçıları hakimiyyəti danışıqlara qoşulmağa çağırırlar, eləcə də faydalı qazıntıların çıxarılması prosesini dövlətin təhvil almasını tələb edirlər.

“Georgian Manganese”ə gəlincə, mövcud məlumata əsasən, şirkət həftənin sonuna qədər öz mövqeyini açıqlayacaq.