Ciaturada Koroxnali mədəninin administrasiyasının nümayəndələri ilə aksiya iştirakçıları olan mədənçilər arasında qarşıdurma baş verib
Ciaturada Koroxnali mədəninin administrasiyasının nümayəndələri ilə aksiya iştirakçıları olan mədənçilər arasında qarşıdurma baş verib. Aksiya iştirakçıları onların mədənə enməsinə imkan vermirdilər.
Hadisə yerinə polis səfərbər edilmişdi.
MMC “Chiatura Management Company”nin məlumatına əsasən, onların nümayəndələri monitorinq məqsədilə mədənə eniblər.
Hazırda insident başa çatıb. Aksiya Ciaturanın mərkəzində davam edir, burada yeddi nəfər aclıq aksiyası keçirir. Onlardan birinin səhhəti ağırlaşıb və təcili yardım qrupu onu klinikaya aparıb.