CIA-in rəhbərinin dediyinə görə, kəfşiyyar göstərixilərinə görə, Rusiya taktik nüvə silahəndan istifadəni planlaşdırmır
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) rəhbəri Uilyam Berns deyir ki, Vladimir Putin “Ukrayna ilə müharibədə uduzmağı özünə icazə verə biləcəyinə inanmır”. Bu barədə məlumatı “CNN” yayır. Uilyam Bernsə dediyinə görə, Ukraynadakı müharibənin ikinci mərhələsi birincidən qat-qat risklidir, çünki Vladimir Putin uğur qazanmaq üçün hər şeyi ortaya qoyub.
“O, indi elə vəziyyətdədir, inanmır ki, özünə uduzmağa icazə verə bilər. Düşünürəm əmindir ki, ortaya qoyulanları ikiqat etmək tərəqqi imkanı verəcək”, – Berns bəyan etdi.
Bernsin dediyinə görə, müharibənin ikinci mərhələsində münaqişənin nüvə qarşıdurmasına çevrilməsi riskini qiymətləndirməməyə dəyməz, baxmayaraq ki, kəşfiyyat məlumatlarına görə, Rusiyanın taktiki nüvə silahından istifadə etmək planı yoxdur.
Həmçinin, Bernsin sözlərinə görə, Rusiyanın müharibəsini Çin fəal izləyir və çalışır ki, yekun qərarlar çıxarsın, nə cür və nə vaxt Tayvanı tutmaq üşün öz ambisiyalarını həyata keçirsin, hara da da bənzər ssenarini istifadə edə bilər.