“Charles” fırtınası səbəbindən Portuqaliyada 200-dən çox aviareysi ləğv ediblər, məktəblərdə tədris prosesi dayandırılıb, yüzlərlə supermarket və biznes obyekti bağlanıb

20:06, 11.11.2026

 

“Charles” fırtınası səbəbindən Portuqaliyada 200-dən çox aviareysi ləğv ediblər, məktəblərdə isə tədris prosesi dayandırılıb. Bu barədə məlumatı “Reuters” yayır.

Medianın məlumatına əsasən, güclü yağış və fırtına səbəbindən Portuqaliyada yüzlərlə supermarket və biznes obyekti müvəqqəti olaraq bağlanıb.

“Reuters”in yazdığı kimi, 2026-cı ilin yanvar və fevral aylarında baş verən fırtınalar seriyasına yetərsiz reaksiya verdiyinə görə Portuqaliya hakimiyyətinin tənqid obyektinə çevrilməsi fonunda, bu dəfə qabaqlayıcı tədbirləri vaxtında görüblər.

Hakimiyyət orqanları bütün fövqəladə hallar xidmətlərini və ordu bölmələrini hazır vəziyyətə gətirib, tədris prosesini dayandırıb, zəruri olmayan ictimai xidmətləri bağlayıb və əhalini evdə qalmağa çağırıb.

Portuqaliya Meteorologiya Xidmətinin (IPMA) bəyanatına əsasən, fırtına xüsusilə Portuqaliyanın cənub hissəsində şiddətlidir.

Medianın məlumatına əsasən, “Charles” fırtınası artıq İspaniyanın Madeira arxipelaqından keçərək daşqın və ağacların aşmasına səbəb olub. Təcili yardım xidmətləri qarajdan çıxa bilməyən kişini xilas ediblər.

Oxşar