Cəzaçəkmə müəssisələrində qısamüddətli görüşlər hüququ bu gündən bərpa olunur
Cəzaçəkmə müəssisələrində qısamüddətli görüşlər hüququ bu gündən bərpa olunur

Cəzaçəkmə müəssisələrində məhbusluq məcəlləsi ilə nəzərdə tutulan müttəhim/məhkumlar üçün qısamüddətli görüşlər hüququ bu gündən bərpa olunur, – bu barədə məlumatı Xüsusi Cəzaçəkmə Xidməti yayır.

“Koronavirusun yayılmasının prevensiyası məqsədilə, cəzaçəkmə sistemində qüvvədə olan xüsusi şəraitlər çərçivəsində məhdudiyyətlərin birinci mərhələsinin aradan götürülməsindən sonra müttəhim/məhkumlara qısamüddətli görüşlər hüququndan istifadə imkanı ötən ilin 25 mayından verilmişdi. Lakin, epid-durumdan irəli gələrək, 28 noyabrdan bu hüquq yenə dayandırıldı. Bu mərhələdə Çəxaçəkmə Xidmətinin rəhbərliyi qərar qəbul etdi ki, qeyd olunan məhdudiyyət bir fevraldan aradan götürülsün”, – Xüsusi Cəzaçəkmə Xidmətinin məlumatında deyilir.