Ceyk Sallivan – qondarma referendumların nəticəsi olacaq, bu isə əlavə sanksiyaların gücləndiriləcəyi deməkdir
Amerika Birləşmiş Ştatları Ukraynada Rusiyanın işğal etdiyi ərazilərdə üzdəniraq referendum keçirdikdən sonra Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq edəcək. Bu barədə Amerika prezidentinin milli təhlükəsizlik üzrə müşaviri, Ceyk Sallivan “NBC” telekanalına müsahibəsində bəyan etdi.
“Böyük Yeddilik ölkələri lliderləri yayılan bəyanatda təsdiq etdilər ki, qondarma referendumların nəticəsi olacaq, bu isə əlavə sanksiyaların gücləndiriləcəyi deməkdir. Daha dəqiq olaraq, sanksiya siyahısına “referendumu” dəstəkləyən hüquqi şəxslər və şirkətlər, o cümlədən Rusiyadan kənarda olanlar da daxil ediləcəklər”, – Sallivan qeyd etdi.
Onun dediyinə görə, Amerika Birləşmiş Ştatları hökuməti Ukraynanın müasir tanklar və digər avadanlıqlar almasını təmin etmək üçün partnyorlarla işləməyi davam etdirir.