Ceyk Sallivan bildirir ki, Ukrayna ordusunda canlı qüvvə çatışmazlığı kəskin problem olaraq qalır və bu, Ukraynanın həll etməli olduğu məsələdir

17:52, 14.01.2025

 

ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan bildirir ki, Ukrayna ordusunda canlı qüvvə çatışmazlığı kəskin problem olaraq qalır və bu, Ukraynanın həll etməli olduğu məsələdir. Bu haqda Sallivan “Bloomberg”ə müsahibəsində deyib.

Jurnalist Sallivana Ukraynada səfərbərlik yaşının 18-ə endirilməsinin mümkünlüyü barədə sual verib. Sallivanın qeyd etdiyi kimi, Ukrayna artıq səfərbərlik yaşını 27-dən 25-ə endirib.

“Ötən il ərzində canlı qüvvə problemi kəskinləşib və Ukraynanın öz briqadalarını və batalyonlarını tam komplektləşdirilməsinə ehtiyacı artıb, çünki biz külli miqdarda lazımi döyüş sursatı və hərbi texnika vermişik” – Sallivan bildirib.

Baydenin milli təhlükəsizlik məsələləri üzrə müşaviri mövcud problemlər barədə gələcək administrasiyanın qrupunu da məlumatlandırdıqlarını deyib. Eyni zamanda, o qeyd edib ki, səfərbərlik yaşının aşağı salınması suveren qərardır və onu yalnız Ukrayna qəbul etməlidir.

“Biz aydın, o cümlədən ictimai şəkildə bəyan etdik ki, canlı qüvvə kəskin problemdir və bu, biz onlara lazım olan avadanlığın verilməsinə töhfə verərkən belə Ukraynanın həll etməli olduğu məsələdir” – Sallivan deyib.

Oxşar