Ceyk Salivan Xersonun Ukrayna hərbçilərinin nəzarəti altına qaytarılmasını “möhtəşəm qələbə” adlandırdı

16:47, 12.11.2022

Ağ Evdə Xersonun Ukrayna hərbçilərinin nəzarəti altına qaytarılmasını “möhtəşəm qələbə” adlandırdılar. Bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bəyanat verdi.

Onun bəyan etdiyinə görə, Xerson müharibə zamanı Rusiyanın işğal etdiyi yeganə rayon mərkəzi idi və onun azad edilməsi əlamətdardır.

Ukrayna hərbçilərinin Xersona daxil olmasını Fransa prezidenti, Emmanuel Makron da alqışladı. Onun sözlərinə görə, bu, Ukraynanın suveren hüquqlarının bərpası yolunda kritik əhəmiyyətli addımdır.

Oxşar