Ceyk Salivan - peyk görüntüləri təsdiq edir ki, son bir ayda Rusiya nümayəndə heyəti döyüş pilotsuz təyyarələrinə baxmaq üçün iki dəfə İran aerodromuna səfər edib
Son bir ayda Rusiya nümayəndə heyəti döyüş pilotsuz təyyarələrinə baxmaq üçün iki dəfə İran aerodromuna səfər edib.
Ağ Evin milli təhlükəsizlik müşaviri, Ceyk Salivanın “CNN” televiziyasına verdiyi məlumata görə, bunu peyk görüntüləri təsdiqləyir.
Bu həftənin əvvəlində Salivan bəyan etdi ki, Vaşinqtonun məlumatına görə, İran Rusiyaya pilotsuz uçuş aparatlarını təhvil verməyə hazırlaşır.
Söhbət Shahed-191 və Shahed-129 pilotsuz uçuş aparatlarından gedir. Sözügedən pilotsuz uçuş aparatlarını yüksək dəqiqlikli raketlərlə təchiz etmək mümkündür.
Sullivanın məlumatına görə, peykdən çəkilmiş görüntülər təsdiq edir ki, iyun ayında Rusiya hökumət nümayəndə heyəti ölkənin mərkəzi hissəsindəki Kaşan hava limanında olub. İkinci analoji səfər iyulun 5-də həyata keçirilib.