Ceyk Baret Hofman – Çox insan gedib səs verir, hesab edirəm ki, seçkilər yaxşı keçir
Ceyk Baret Hofman – Çox insan gedib səs verir, hesab edirəm ki, seçkilər yaxşı keçir

Kutaisidə seçkilər yaxşı keçir, indiyə qədər heç bir pis hal görmədik, xoşbəxt insanları görürük ki, səsverməyə gəlirlər, – bunu beynəlxalq müşahidəçi Ceyk Baret Hofman bildirib.

Onun sözlərinə görə, nə məntəqəxaricində, nə də məntəqənin içərisində problem yoxdur.

“Düşünmürəm ki, şəhərlər arasında fərq olsun. Mən hər yerdə eyni peşəkarlığı gördüm, fəallığı müşahidə etdim. Çoxlu insan gedib səs verir. Hesab edirəm ki, bütün şəhərlərdə seçkilər yaxşı keçir”, – deyə Hofman qeyd edib.