Ceyhun Bayramov – Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında keçirilən danışıqlarda sülh müaviləsi üzrə bəlli maddələrlə bağlı razılaşmalar əldə olundu

15:51, 10.05.2023

Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında keçirilən danışıqlarda sülh müaviləsi üzrə bəlli maddələrlə  bağlı razılaşmalar əldə olundu. Azərbaycan mediasının məlumatına görə, bu barədə jurnalistlərə Azərbaycanın baş diplomatı, Ceyhun Bayramov bəyan etdi.

Bayramovun qeyd etdiyi kimi, Ermənistan tərəfi son vaxtlar görüşləri boykot edir və bu səbəbdən də 6 aya yaxındır ki, görüşlər keçirilmir.

Bayramovun sözlərinə görə, Ermənistan danışıqlar masasına ABŞ-ın vasitəçiliyi ilə qayıtdı.

“Bizim Vaşinqtonda 4 gün ərzində sülh müqaviləsi ətrafında kifayət qədər intensiv müzakirələrimiz oldu. Orada bir sıra maddələri, vacib məsələləri özündə ehtiva edir. Biz tam razılaşma barədə deyə bilmərik, tərəflərin mövqeləri arasında kifayət qədər fərqlər var, ancaq bu danışıqlarda sülh müqaviləsi üzrə bəlli maddələrdə razılaşmalar əldə edildi. Biz bir addım da irəli getdik. Biz bu prosesə realist yanaşmalıyıq. Bir görüşdə bütün məsələlərin razılaşdırılmasI əlbəttə ki yaxşı olardı. Biz bunu arzulayardıq, lakin biz buna hələ ki hazır deyilik. Azərbaycan sülh prosesinə sadiqliyini daim nümayiş etdirir”, – Bayramov bəyan etdi.

Xatrladaq ki, ötən həftə ABŞ-da dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında danışıqlar aparıldı.

Oxşar