Ceyhun Bayramov – Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni ilə bağlı danışıqlar prosesi artıq yekunlaşıb

17:07, 13.03.2025

 
Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni ilə bağlı danışıqlar prosesi artıq yekunlaşıb – bu haqda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib.

Azərbaycan Xarici İşlər Nazirliyinin rəhbəri bildirib ki, indiyədək sülh sazişinin iki bəndi erməni tərəfi ilə razılaşdırılası idi və bir neçə gün əvvəl Ermənistan tərəfi Azərbaycanın təkliflərini qəbul etdiyi barədə rabitə kanalları vasitəsilə Bakıya məlumat verib.

Həmçinin, Bayramov qeyd edib ki, növbəti mərhələ üçün Ermənistan öz konstitusiyasını dəyişməlidir, çünki o, hələ də Azərbaycan əleyhinə ərazi iddialarını ehtiva edir.

Oxşar