Ceyhun Bayramov: Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin təxminən 13 kilometrlik hissəsi artıq delimitasiya olunub və demarkasiya işləri də həyata keçirilib

12:30, 09.07.2026

Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin təxminən 13 kilometrlik hissəsi artıq delimitasiya olunub və həmin ərazilərdə demarkasiya işləri də aparılıb. Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib.

Azərbaycan XİN rəhbərinin sözlərinə görə, delimitasiya prosesinin şimaldan cənuba doğru davam etdirilməsi ilə bağlı müəyyən razılaşmalar əldə olunub.

“Azərbaycan tərəfi sülh sazişinin tamamlanması çərçivəsində üzərinə düşən bütün işləri başa çatdırıb”, – deyə Bayramov qeyd edib.

2026-cı il aprelin 29-da Ermənistan Respublikasının Ağveran şəhərində Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi üzrə Komissiyanın 13-cü görüşü keçirilib.

Oxşar