Ceyhun Bayramov - 2025-ci ilin əvvəlindən Avropa İttifaqı-Azərbaycan dialoqu kontekstində çox ciddi canlanmanın şahidi olduq
Ceyhun Bayramov - 2025-ci ilin əvvəlindən Avropa İttifaqı-Azərbaycan dialoqu kontekstində çox ciddi canlanmanın şahidi olduq

 

2025-ci ilin əvvəlindən Avropa İttifaqı-Azərbaycan dialoqu kontekstində çox ciddi canlanmanın şahidi olduq – bu haqda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda Estoniyanın xarici işlər naziri Marqus Tsahkna ilə birgə mətbuat konfransında deyib.

Bu kontekstdə azərbaycanlı nazir Kaia Kallasın Azərbaycana səfərini xatırladıb.

“Avropa İttifaqının energetika və genişlənmə məsələləri üzrə komissarlarının ölkəmizə səfərləri bu dialoqu xeyli canlandırıb. Bu gün enerji sahəsində əməkdaşlıq xeyli genişlənib. 2020-ci ilin sonundan Azərbaycan Avropa bazarına qaz tədarük etməyə başlayıb və Avropa İttifaqının tələbindən sonra bu təchizat xeyli artıb. Azərbaycan boru kəmərləri ilə qaz təchiz etmək baxımından dünyada lider ölkədir. 14 ölkəyə boru kəmərləri ilə qaz təchiz edilir, onlardan 10-u Avropa ölkəsidir” – Ceyhun Bayramov bildirib.