Cey Di Vensi – Zelenskinin Amerika hökumətinə, hansı ki, indi onun bütün hökumətini və hərbi səylərini birləşdirir, biz niyəsə rusların tərəfindəyik deməsi bir az absurd görünür

13:20, 15.04.2025

ABŞ-ın vitse-prezidenti Cey Di Vensi Ukrayna prezidenti Volodimir Zelenskinin onun barədə verdiyi açıqlamaya görə tənqid edib. Zelenski demişdi ki, Vensi guya Vladimir Putinin hərəkətlərini haqlı çıxarır.

Vensinin sözlərinə görə, o, 2022-ci ildən bəri Rusiyanı qınayır, lakin həmin vaxtdan bəri hər iki tərəfin strateji məqsədlərini başa düşməyə çalışır.

“Ona görə də çalışmaq lazımdır ki, onların strateji ‘qırmızı xətləri’ nədir, bunu başa düşəsiniz, eyni zamanda ukraynalıların münaqişədən çıxmağa çalışdıqlarını da anlamağa çalışmalısınız. Məncə, Zelenskinin Amerika hökumətinə – hansı ki, indi onun bütün hökumətini və hərbi gücünü birləşdirir – biz niyəsə rusların tərəfindəyik deməsi bir az absurd görünür,” – deyə o əlavə edib.

Aprelin 14-də CBS-ə verdiyi müsahibədə Zelenski təəssüf hissi ilə bildirib ki, Birləşmiş Ştatlarda rus təbliğatının təsiri güclüdür və bəziləri hələ də inanır ki, ruslar aqressor deyillər və müharibəni onlar başlamayıblar. Həmin müsahibədə Zelenski əlavə edib ki, ona elə gəlir, vitse-prezident nədənsə Putinin hərəkətlərini haqlı çıxarırdı.

Oxşar