Çətin meteoroloji şəraitə görə, Gürcüstan avtomobil yollarında məhdudiyyətlər tədbiq olundu

10:25, 13.01.2022

Bölgə İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentininin məlumatına görə, çətin meteoroloji şəraitə görə, Gürcüstan avtomobil yollarında məhdudiyyətlər tədbiq olundu:

Qar və buz səbəbindən, beynəlxalq əhəmiyyətli Msxeta-Stepansminda-Larsi (Rusiya Federasiyası) avtomobil yolunun Qudauri(Posta) -Kobi hissəsində yedəkli və yarımyedəkli avtonəqliyyat vasitəsinin hərəkəti qadağandır, başqa növ avtonəqliyyat vasitəsi üçün hərəkət isə, azaddır.

Qar, qar fırtınası və zəif görüntü səbəbindən, daxili əhəmiyyətli Koda-Partsxisi-Manqlisi-Samindi yolunun km105-km110 hissəsində yedəkli, yarım-yedəkli və 30-dan artıq yeri olan avtobuslarım hərəkəti qadağandır, başqa növ avtonəqliyyat vasitəsi üçün hərəkət isə, azaddır.

İntensiv qara görə, daxili əhəmiyyətli Kutaisi-Tğibuli-Ambrolauri avtomobil yolunun km39-km62 (Nakarela aşırımı) hissəsində yedəkli və yarım-yedəkli avtonəqliyyatın hərəkəti qadağandır, başqa növ avtonəqliyyat vasitəsi üçün hərəkət isə, azaddır.

Bununla yanaşı, tədbiq olunan məhdudiyyətlər qarşıdakı avtomobil yollarında qüvvədə qalır:

İntensiv qara görə, daxili əhəmiyyətli Saçxere-Oni yolunda yedəkli və yarım-yedəkli avtonəqliyyatın hərəkəti qadağandır, başqa növ avtonəqliyyat vasitəsi üçün hərəkət isə, azaddır.

Çoxlu qara görə, daxili dövlət əhəmiyyətli Batumi-Axalsixe avtomobil yolunun km86-km106 hissəsində hərəkət yalnız yüksək keçidli avtonəqliyyat vasitəsinə verilir, başqa növ avtonəqliyyat vasitəsi üçün hərəkət isə, qadağandır.

Qar və buz səbəbindən, beynəlxalq əhəmiyyətli Kutaisi-Tsğaltubo-Saqeri-Lentexi-Lasdili avtomobil yolunun km88-km125 (Mele-Lentexi) hissəsində yedəkli və yarım-yedəkli avtonəqliyyatın hərəkəti qadağandır, başqa növ avtonəqliyyat vasitəsi üçün hərəkət isə, yalnız sürüşməyə qarşı zəncirlərdən istifadə ilə azaddır.

Daxili dövlət əhəmiyyətli Zuqdidi-Cvari-Mestiya-Lasdili avtomobil yolunun km138-km186 (Mestiya-Uşquli) hissəsində yedəkli, yarım-yedəkli avtonəqliyyat vasitəsinin və 30-dan artıq yeri olan avtobusun hərəkəti qadağandır, başqa növ avtonəqliyyat vasitəsi üçün hərəkət isə, yalnız sürüşməyə qarşı zəncirlərdən istifadə ilə azaddır. Avtomobil yolunun km1-km138 (Zuqdidi-Mestiya) hissəsində avtonəqliyyatın hərəkəti azaddır.

Avtomobil Yolları Departamenti əhalini qışa müvafiq olan təkərlərlə, düzgün avtonəqliyyat vasitələrilə hərəkət etməyə və avtomobil yollarında tədbiq olunan rejimlərə tabe olmağa çağırır.

Oxşar