Çerniqov administrasiyası rəhbərinin sözlərinə görə, Rusiya tərəfdən atəş gecə ərzində səngiməyib
Çerniqov administrasiyasının rəhbəri Vyaçeslav Çausun sözlərinə görə, Rusiya tərəfdən atəş gecə ərzində səngiməyib. Çaus deyib ki, atışma evlərə, infrastruktura, kitabxana binasına və ticarət mərkəzinə ziyan vurub.
“Düşmən bütün gecəni Çerniqova hücum edib, lakin biz şəhəri yenidən tikirik və o, əvvəlkindən daha yaxşı olacaq”, – Çaus deyib.
Eyni müsahibəsində Çaus deyir ki, yer olmadığı üçün cəsədləri saxlamaq üçün soyuducuları axtarmalı olacağını heç ağlına belə gətirməmişdi.
Xatırladaq ki, dünən Rusiya hökuməti Çerniqov və Kiyev vilayətlərində hərbi əməliyyatların azaldılmasını elan edib.
“Çox vaxt ruslar bir şeyi deyirlər, əslində isə başqa şey olur. Rusiyanın nə qədər doğru olduğunu zaman göstərəcək. Biz onların sözlərinə çox ehtiyatla yanaşırıq”, – deyə Çerniqov administrasiyasının rəhbəri bildirib.