Cənubi Tayvanda güclü yağış nəticəsində 4 nəfər həlak olub, 5900-dən çox insan isə təxliyə edilib
Cənubi Tayvanda güclü yağış nəticəsində 4 nəfər həlak olub, 5900-dən çox insan isə təxliyə edilib

 

Cənubi Tayvanda güclü yağış nəticəsində 4 nəfər həlak olub, 5900-dən çox insan isə təxliyə edilib. Bu barədə “Reuters” yazır.

Tayvanın Baş naziri Ço Cunq-Tai Tainan şəhərinin sakinləri ilə görüşüb. “Danas” tayfunu və son vaxtlar yağan yağışdan əhali ciddi şəkildə zərər görüb.

Nazir bildirib ki, zərərçəkmiş əhalinin təzminat alması üçün onun kabineti bu həftə xüsusi büdcə layihəsinin hazırlanması üzərində işləyir.

“Bizdə belə fırtına nadir hallarda olub. “Danas” tayfunundan bir ay keçib və ondan bəri aramsız yağış yağır” – baş nazir qeyd edib.