Cənubi Sudanda təyyarə qəzası nəticəsində 14 nəfər həlak olub
Cənubi Sudanda təyyarə qəzası nəticəsində 14 nəfər həlak olub

 

Cənubi Sudanın paytaxtı Cuba yaxınlığında təyyarə qəzası nəticəsində 14 nəfər həlak olub. Ölkənin mülki aviasiya xidməti hadisənin şəhərin cənub-qərb hissəsində baş verdiyini bəyan edib.

Onların məlumatına əsasən, “CityLink Aviation” şirkətinə məxsus “Cessna 208 Caravan” təyyarəsi qəzaya uğrayıb və göyərtədə olan 14 nəfərin hamısı, 13 sərnişin və bir pilot həlak olub. Həlak olanlardan 12-si Cənubi Sudan, 2-si isə Keniya vətəndaşı olub.

İlkin məlumata əsasən, təyyarə qəzasına ehtimal ki, pis hava şəraiti səbəb olub.