Cənubi Livanda İsrailin Qüvvələrinin hücumu nəticəsində ən azı iki nəfər həyatını itirib
Cənubi Livanda İsrailin Qüvvələrinin hücumu nəticəsində ən azı iki nəfər həyatını itirib

 

Cənubi Livanda əl-Tiri kəndində İsrailin Qüvvələrinin hücumu nəticəsində ən azı iki nəfər həyatını itirib. Bu haqda Livan dövlət mediası məlumat yayır.

Onların məlumatına əsasən, hücum zamanı sözügedən şəxslər avtomobildə olublar.

Bununla yanaşı, “BBC”nin yazdığı kimi, aprelin 21-də İsrailin Müdafiə Qüvvələri Livan əhalisini Litani çayı və Vadi al-Salhan ərazilərində hərəkət etməkdən çəkinməyə çağırıb, çünki onlar “Hizbullah” qruplaşmasına qarşı hücum planlaşdırırdılar.

Məlumat üçün bildirək ki, İsrail və Livan arasında atəşkəs razılaşması aprelin 16-da elan edilib və on gün davam etməli idi, lakin razılaşma tezliklə pozulub. “Hizbullah” və İsrail bir-birini atəşkəs razılaşmasını pozmaqda ittiham edirlər.