Cənubi Koreyanın Prezidenti ölkədə fövqəladə hərbi vəziyyət elan edib

19:00, 03.12.2024

 
Cənubi Koreyanın Prezidenti ölkədə fövqəladə hərbi vəziyyət elan edib.

Prezident İun Sok İol hərbi vəziyyətlə azad və demokratik ölkəni bərpa edəcəyini bildirib.

“Liberal Cənubi Koreyanı Şimali Koreyanın kommunist qüvvələrindən qaynaqlanan təhdidlərdən müdafiə etmək və anti-dövlət elementlərini aradan qaldırmaq üçün… Mən fövqəladə hərbi vəziyyət elan edəcəyəm” – İun birbaşa efirdə etdiyi müraciətində deyib.

Yerli medianın məlumatına əsasən, bundan əvvəl Cənubi Koreyanın Prezidenti təcili iclas keçirib, bundan sonra da hakimiyyətin iflic olması riskinin olduğunu və bunun ona qarşı impiçmentin elan edilməsi ilə müşaiyət oluna biləcəyini bildirib.

Oxşar