Cənubi Koreyanın Parlamenti ölkədə hərbi vəziyyətin ləğvini dəstəkləyib

21:49, 03.12.2024

 
Cənubi Koreyanın Parlamenti ölkədə hərbi vəziyyətin ləğvini dəstəkləyib.

Yerli medianın məlumatına əsasən, Cənubi Koreyanın qanunverici orqanına toplaşan 190 deputatın hamısı bu qərara səs verib.

Eyni zamanda, hərbçilərin parlamentə daxil olduğu məlum olub. Polislə toqquşmanın baş verdiyi binanın yaxınlığında isə etiraz aksiyası keçirilir.

Ölkə konstitusiyasına əsasən, prezident səsvermədən sonra hərbi vəziyyət rejimini ləğv etməlidir.

Oxşar