Cənubi koreyalı parlamentarinin məlumatına əsasən, Ukraynada azı 100 şimali koreyalı əsgər həlak olub

12:01, 19.12.2024

 

Ukraynada müharibədə azı 100 şimali koreyalı əsgər həlak olub.

Bu haqda məlumatı “BBC” yayır.

Cənubi koreyalı parlamentari Li Sonq Kvon ölkənin Milli Kəşfiyyat Xidmətinin məlumatlarına istinadən daha 1000 hərbçinin yaralandığını bildirir.

O, itkilər arasında yüksək rütbəli hərbçilərin də olduğunu deyib.

O bildirib ki, itkilərin sayının yüksək olması şimali koreyalı hərbçilərin onlara yad olan döyüş mühiti ilə tanış olmaması, eləcə də dronların hücumları ilə mübarizə apara bilməməsi ilə izah edilə bilər.

Cənubi koreyalı parlamentari bildirib ki, əlavə hərbçilərin yerləşdirilməsinə hazırlıq və təlimlərə Şimali Koreyanın lideri Kim Çen İnin nəzarət etdiyi barədə məlumatlar var.

Hələ dekabrın 16-da Pentaqonda Ukraynada Rusiya tərəfdən müəyyən sayda şimali koreyalı əsgərin həlak olduğunu bildirirdilər, lakin onların sayını deməyiblər.

Oxşar