Cənubi Koreyada üçüncü gündür daşqınla mübarizə aparırlar, 4 nəfər həlak olub, evlərə ziyan dəyib
Cənubi Koreyada üçüncü gündür daşqınla mübarizə aparırlar, 4 nəfər həlak olub, evlərə ziyan dəyib

 

Cənubi Koreyada artıq üçüncü gündür daşqınla mübarizə aparırlar. Güclü yağış nəticəsində 4 nəfər həlak olub, 5000 nəfər evlərini tərk etmək məcburiyyətində qalıb.

Evlərə ziyan dəyib. Daşqın fermerlərə də ziyan vurub.

Milli Təhlükəsizlik Nazirliyi ölkənin cənubunun bəzi hissələrinə, o cümlədən Cənubi Çunqçeonq əyalətində Seosan şəhərinə rekord miqdarda yağıntının düşdüyünü bəyan edib.

Meteoroloqlar sakinləri ehtiyatlı olmağa çağırırlar. İyulun 19-dək güclü yağış təhlükəsini ehtimal edirlər.