Cənubi Koreyada son 24 saat ərzində koronavirusun 615 yeni halı aşkar edildi
Cənubi Koreyada son 24 saat ərzində koronavirusun 615 yeni halı qeydə alındı. Məlumatı “Qardian” nəşri yayır.
Ölkənin rəsmi şəxslərinin bəyan etdiyinə görə, sosial məsafənin müdafiəsi qaydaları paytaxt Seulda və həndəvər rayonlarında sərtləşdiriləcək.
Əlavə məhdudiyyətlər ən azından dekabrın sonuna kimi davam edəcək. Cənubi Koreyanın prezidentinin dediyinə görə, ölkə miqyası ilə testləşdirmənin sayı artırılacaq.
Pandemiyanın başlamasından bu günə qədər, Cənubi Koreyada virusun 38 161 halı qeydə alınıb, 549 pasiyent vəfat edib.