Cənubi Koreyada Hellouin izdihamında ölənlərin sayı 151-ə qədər artdı, ölkədə matəm elan edildi

10:37, 30.10.2022

Cənubi Koreyada baş verən faciə ilə əlaqədar ölkədə matəm elan edildi. “Reuters” agentliyinin məlumatına görə, Hellouin zamanı izdihamında ölənlərin sayı 151-ə qədər artdı. Ölənlər arasında xarici ölkə vətəndşları da var.

80 insan xəsarət alıb, onlardan 19 nəfərin vəziyyəti kritik ağırdır. Ölən və yaralananların əksəriyyəti gənclərdir.

Faciə Cənubi Koreyanın paytaxtı Seulda, Yeonsan rayonunda baş verdi. Həkimlərin bəyan etdiyinə görə, izdiham zamanı insanların ürəyi havasızlıqdan və panikadan dayanıb. Polisin məlumatına görə, Hellouin bayramında 100 000 insan iştirak edirdi.

Cənubi Koreyada kovid-qaydalarına görə son üç il ərzində kütləvi Hellouin tədbirləri keçirilmirdi.

Oxşar