Cənubi Koreyada döyüş təyyarəsi təlimlər zamanı səhvən bombaları yaşayış məntəqəsinə atıb, 15 nəfər xəsarət alıb
Cənubi Koreyada döyüş təyyarəsi təlimlər zamanı səhvən bombaları yaşayış məntəqəsinə atıb. Bu haqda məlumatı “Reuters” yayır.
Medianın məlumatına əsasən, hadisə nəticəsində 15 nəfər xəsarət alıb, onlardan ikisinin vəziyyəti ağırdır.
Hadisə Şimali Koreya sərhədi yaxınlığında Poçeon şəhərində baş verib. “BBC”nin yazdığı kimi, təlim real atəşdən istifadə edilməklə aparılıb.
Döyüş təyyarəsindən ümumilikdə səkkiz bomba atıblar, onlardan biri partlayıb, minatəmizləyicilər qalanlarını zərərsizləşdirməyə çalışırlar. Əhali ərazidən təxliyə edilib.