Cənubi Koreya Prezidenti ABŞ-ni Şimali Koreyaya qarşı tətbiq edilən sanksiyaları yumşaltmağa çağırır

16:14, 22.09.2026

 

Cənubi Koreya Prezidenti ABŞ-ni Şimali Koreyaya qarşı tətbiq edilən sanksiyaları yumşaltmağa çağırır. Bu barədə məqaləni “New York Times” yayır.

Amerika nəşrinə əsasən, Li Ce Miun Şimali Koreyaya qarşı onilliklər ərzində mövcud siyasətdən fərqli yol tutur və Şimali Koreyanı silah proqramlarını dondurmağa məcbur edəcək razılaşma müqabilində ABŞ-ni Pxenyana qarşı sanksiyaları yumşaltmağa çağırır.

“Hesab edirəm ki, onsuz da çox təsirli olmayan sanksiyalardan imtina edilməsini və qitələrarası ballistik raket texnologiyasının sonrakı inkişafının dayandırılmasını nəzərdə tutan kompromis razılaşmasında əhəmiyyətli fayda var” – Cənubi Koreya Prezidenti qeyd edib.

Li Ce Miun bildirib ki, belə bir sövdələşmə nə qədər qəbuledilməz olsa da, dünyanın ona real alternativi yoxdur.

Oxşar