Cənubi Karolina Universitetində atışma nəticəsində iki nəfər həlak olub
ABŞ-da, Cənubi Karolina Dövlət Universitetində atışma nəticəsində iki nəfər həlak olub, bir nəfər isə yaralanıb.
Bu barədə məlumatı “Reuters” yayıb.
Atışma yerli vaxtla təxminən saat 21:15-də tələbə yataqxanasında baş verib.
Hücumçunun kimliyi hələ məlum deyil. Hazırda hadisə ilə bağlı istintaq aparılır.
Cənubi Karolina Dövlət Universitetində 3 000-dən çox tələbə təhsil alır.