Cənubi Fransada genişmiqyaslı meşə yanğınının yayılması prosesi dayandırılıb
Cənubi Fransada genişmiqyaslı meşə yanğınının yayılması prosesi dayandırılıb

 

Cənubi Fransada genişmiqyaslı meşə yanğınının yayılması prosesi dayandırılıb. Xilasedicilər onu tamamilə söndürməyə çalışırlar. Bu barədə məlumatı yerli media yayır.

Medianın məlumatına əsasən, yanğın 17 min hektar ərazini əhatə edib, onun 13 mini tamamilə yanıb. Xilasedicilərin sözlərinə əsasən, həftənin sonuna qədər hava şəraiti yaxşı olacaq, bu da yanğının söndürülməsi prosesinə kömək edəcək. Ərazidə 2000-dən çox xilasedici və 200 polis işləyir.

Yanğın nəticəsində 1 yerli sakin həlak olub, 16-sı xilasedici olmaqla 18 nəfər xəsarət alıb. Yanğına görə 2000 nəfər təxliyə edilib

Yerli hakimiyyətin məlumatına əsasən, bu yanğın təkcə bu yayda deyil, həm də son 50 il ərzində ən güclü yanğın olub.