Cənubi Çin dənizində ABŞ Hərbi Dəniz Qüvvələrinin iki helikopterinin qəzaya uğraması ilə bağlı Çinin Xarici İşlər Nazirliyində Çinin ABŞ-a humanitar yardım göstərməyə hazır olduğunu bildiriblər
Cənubi Çin dənizində ABŞ Hərbi Dəniz Qüvvələrinin iki helikopterinin qəzaya uğraması ilə bağlı Çinin Xarici İşlər Nazirliyində Çinin ABŞ-a humanitar yardım göstərməyə hazır olduğunu bildiriblər

 

Cənubi Çin dənizində ABŞ Hərbi Dəniz Qüvvələrinin iki helikopterinin qəzaya uğramasından sonra Çinin Xarici İşlər Nazirliyi Amerika Birləşmiş Ştatlarına humanitar yardım göstərməyə hazır olduğunu bəyan edir.

Müvafiq bəyanatı Çinin Xarici İşlər Nazirliyinin mətbuat katibi Quo Ciakun mətbuat konfransında verib.

Bundan əvvəl isə ABŞ Sakit Okean Donanması oktyabrın 26-da əməliyyatlar həyata keçirərkən ABŞ Hərbi Dəniz Qüvvələrinin helikopterinin qəzaya uğradığı haqda məlumat yaymışdı. Hadisədən sonra, təxminən bir saata Cənubi Çin dənizinin sularında daha bir helikopter qəzaya uğrayıb. Hər iki hava gəmisində ümumilikdə beş heyət üzvü olub. Sakit Okean Donanmasının bəyanatına əsasən, onların sağlamlığı təhlükə altında deyil. Hadisə ilə bağlı istintaq başladılıb.