Cənubi Afrikada miqrasiya əleyhinə keçirilən etiraz aksiyaları zamanı polis 900-dən çox şəxsi saxlayıb

15:50, 02.07.2026

Cənubi Afrikada miqrasiya əleyhinə keçirilən etiraz aksiyaları zamanı polis 900-dən çox şəxsi saxlayıb.

Ölkənin milli polis komissarının müavini Tabelo Mosikili bildirib ki, Cənubi Afrikada ümumilikdə 120 yürüş keçirilib. Onlardan 108-i dinc xarakterli olub, 12 nümayişdə isə polis müdaxiləsi zəruri sayılıb.

Polisin məlumatına görə, bəzi nümayişçilər mağazaları qarət edib və hüquq-mühafizə orqanlarına müqavimət göstərib. Yohannesburq bölgəsində baş verən hadisələr zamanı bir nəfər həlak olub. Hadisə xarici vətəndaşa məxsus mağazanın qarət edildiyi vaxt qeydə alınıb.

Cənubi Afrikada etirazlar bir neçə həftədir davam edir. Nümayişçilər ölkədə qeyri-qanuni miqrantların çıxarılmasını tələb edirlər və hesab edirlər ki, miqrantlar işsizlik, cinayət və dövlət xidmətlərinə təzyiqi artırır.

Ekspertlər isə bildirirlər ki, bu problemlərin əsas səbəbləri iqtisadi çətinliklər, yüksək işsizlik və zəif idarəetmə ilə bağlıdır.

Oxşar