Cənubi Afrikada barların birində atəş nəticəsində 15 nəfər həlak oldu
Cənubi Afrikanın Soveto şəhərində yerləşən barda açılan atəş nəticəsində 15 nəfər həlak oldu. Məlumatı “BBC” yayır.
Yerli polisin məlumatına görə, hücumçular səhər Qautenq əyalətinin Soveto şəhərindəki bara daxil olub və fərq qoymadan atəş açmağa başlayıblar, bundan sonra hadisə yerindən qaçıblar. Hücumun motivi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.
Son məlumatlara görə, azı 15 nəfər ölüb, bir neçə nəfər xəstəxanadadır, bəzilərinin vəziyyəti ağırdır.
Qurbanların yaşı 19-dan 35-ə qədərdir.
Bundan başqa, Kvazulu-Natal əyalətində də atışma olub, 4 nəfər həlak olub.
“BBC”-nin yazdığına görə, Cənubi Afrikada atışmalar çox vaxt cinayətkar dəstələr və spirtli içkilərin təsiri ilə əlaqələndirilir.