Cenevrədə, İran və ABŞ arasında Omanın vasitəçiliyi ilə davam edən danışıqlarda nümayəndə heyətləri məsləhətləşmələr üçün fasilə tələb ediblər
Cenevrədə, İran və ABŞ arasında Omanın vasitəçiliyi ilə davam edən nüvə danışıqları müvəqqəti dayandırılıb. Nümayəndə heyətləri məsləhətləşmələr üçün fasilə tələb ediblər və görüş yerli vaxtla saat 17:30-18:00-da yenilənəcək.
Omanın xarici işlər naziri Bədr Albusaid danışıqların “yaradıcı və müsbət fikir mübadiləsi” olduğunu bildirib. Diplomat daha çox irəliləyiş əldə edilə biləcəyinə ümid etdiyini bildirib.
Bununla yanaşı, İranın Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bağai tərəflərin danışıqlara ciddi yanaşdığını bildirib.
“Sizə deyə biləcəyim odur ki, həm nüvə sahəsində, həm də sanksiyaların yüngülləşdirilməsi baxımından çox vacib, praktik təkliflər və təşəbbüslər təqdim edilib və hər iki nümayəndə heyəti müzakirələrə böyük ciddiliklə yanaşır” – İsmayıl Bağai deyir.